10 
Dek
2025
17:13
117

İrakli Kirçxaliya: “Avropa bürokratlarının açıqlamaları təkcə gülünc deyil, həm də təhqiramizdir”

Gürcüstan parlamentinin çoğunluq lideri İrakli Kirçxaliya Avropa liderləri Kaya Kallas və Antoniu Koştanın başqa ölkələrin daxili işlərinə qarışmama ilə bağlı bəyanatlarını tənqid edib. Onun sözlərinə görə, bu açıqlamalar Gürcüstanın reallığı nəzərə alındıqda həm “gülüş doğurur”, həm də “təhqiramizdir”.

Kirçxaliya bildirib ki, Avropa bürokratları yalnız Gürcüstanın daxili işlərinə qarışmır, həm də öz „agentura şəbəkələri“ vasitəsilə proseslərə birbaşa təsir göstərirlər.

O qeyd edib:

“Hər kəs yaxşı bilir ki, onlar təkcə qarışmırlar – bizim ölkənin daxili siyasətində birbaşa iştirak edirlər. Bu səbəbdən onların belə açıqlamalar verməsi təkcə gülünc deyil, həm də təhqiredicidir.”

Kirkxaliya iddia edib ki, Avropa bürokratlarının və onların “idarə etdiyi siyasətçilərin” xarici müdaxiləsi Ukraynanın bu gün yaşadığı ağır vəziyyətə gətirib çıxarıb.

Onun sözlərinə görə:

“Ukraynada baş verənləri hamı gördü. Bu ölkəni bugünkü duruma gətirən həmin bürokratlar və qeyri-rəsmi idarəçilərin təsiri ilə aparılan siyasət idi. Onlar eyni ssenarini Gürcüstan üçün də istəyirdilər.”

Kirkxaliya həmçinin Donald Trampın “Politico”ya verdiyi müsahibəni xatırladaraq bildirib ki, Tramp həmin müsahibədə “Brüsseldə işləyən böyük sxemin və mənfi mexanizmin” mahiyyətini açıb.

Deputat yekunda vurğulayıb ki, Kallas və Koştanın bu bəyanatları yalnız “gülüş doğurmur”, həm də “Gürcüstan üçün açıq-aşkar təhqir xarakteri daşıyır”.

Bizimlə əlaqə saxlayın