Dimitri Samxaradze: “Dünən keçirilən iki aksiyanın məqsədi ölkənin zəiflədilməsidir və onların maliyyəsini xarici düşmən ödəyir”
“Gürcü Arzusu” partiyasının regional katibi Dimitri Samxaradze sosial şəbəkədə yazıb ki, ötən gün keçirilmiş iki aksiya əslində Gürcüstanın zəiflədilməsinə yönəlib və bu prosesin arxasında “xarici düşmənin maliyyəsi” dayanır.
Samxaradzenin sözlərinə görə, iki aksiyanın fərqi yalnız ondadır ki, “birincidə bu mərhələdə aldadılmış insanların sayı daha çox idi, nəinki pulla cəlb olunanların”.
O, keçmiş etiraz aksiyalarını xatırladaraq iddia edib ki, “Milli Hərəkat” keçmişdə də oxşar nəticə alıb – “20 000 iştirakçıdan növbəti aksiyada cəmi 800 nəfər qalıb”.
Samxaradzenin iddiasına əsasən, “Milli Hərəkat” artıq anlayıb ki, Gürcüstan cəmiyyətini asanlıqla aldatmaq mümkün deyil, buna görə də “birlik” çağırışını gündəmə gətirib:
“Gürcüstanı diz çökdürə bilməzsiniz. Gürcü xalqını sındıra da bilməzsiniz, bizə zərər də verə bilməzsiniz.”
Samxaradze yazır ki, bəzi qruplar əvvəlki illərdə müxtəlif aksiyalardan sonra “reallığı gördükdə” təşkilatçılardan uzaqlaşırdılar:
“Homonseksuallara qarşı təşkil edilmiş aksiyalar yaddaşınızdadır – minlərlə insan Lisi gölünə toplaşmışdı, təxminən 20 000 nəfər. Sonra təşkilatçılar fikirləşdilər ki, bu kütlə onların arxasınca gələcək və onları Rustaveliyə dəvət etdilər. Nəticədə 20 000 nəfərdən cəmi 800 nəfər getdi.”
Samxaradze bildirir ki, bu dəfə də oxşar ssenari baş verməsi ehtimalı böyükdür:
“Gürcüstan cəmiyyətini nə aldada biləcəklər, nə satın ala biləcəklər. İndi isə yeni tapşırıq alıblar – guya ‘birləşin’. Birləşəcəklər də: ‘natslar’, ‘akatsuklar’ və o 800 nəfər ki, guya homoseksualizmə qarşı mübarizə aparırdı, amma əslində siyasi avantürizmə qoşulmuşdu.”
Postun sonunda Samxaradze əlavə edir:
“P.S. Maraqlıdır, məni ‘Anita’ nəyə görə yadıma düşdü?”


