07 
Dek
2025
09:44
219

Baş nazir BBC-ni qərəzdə ittiham etdi: “Bizim mövqeyimiz və cavablarımız məqsədli şəkildə gizlədilib”

Gürcüstanın baş naziri İrakli Kobaxidze “BBC” tərəfindən hazırlanan reportajı tənqid edib.

InterPress.ge xəbər verir ki, hökumət administrasiyasında keçirdiyi brifinqdə o bildirib ki, süjetin müəlliflərinin “son dərəcə siyasi qərəzliyinin” daha bir aydın sübutu qarşı tərəfin – bu halda hakim komandanın mövqeyinin tamamilə nəzərə alınmaması və əvvəlcədən göndərilən suallara verilmiş əhatəli cavabların tamaşaçıdan gizlədilməsi olub.

Kobaxidzenin sözlərinə görə, reportajda bir sıra “anti-dövlət xarakterli” ittihamlar səsləndirilib.

“Digər anti-dövlət ittihamlarına gəlincə: reportajda qəti forma ilə bildirilir ki, guya seçkilər saxtalaşdırılıb. Halbuki bunu sübut edən bircə fakt belə mövcud deyil. Əksinə, seçkiləri qiymətləndirən əsas beynəlxalq müşahidə missiyaları 2024-cü il parlament seçkilərini rəqabətli adlandırıb və ‘Gürcü Arzusu’nu seçilmiş hakimiyyət kimi tanıyıb. Eyni reportajda etirazçıların guya fiziki zorakılığa məruz qalmasından danışılır, lakin bir kəlmə də deyilmir ki, xaricdə xüsusi hazırlıq keçmiş zorakı qruplar hüquq-mühafizə orqanlarına necə hücum edirdilər, parlament binasının bir hissəsini necə yandırdılar, paytaxtın mərkəzində dövlət və özəl əmlakı necə dağıtdılar, polisə ‘Molotov kokteylləri’ atdılar, həyat üçün təhlükəli pirotexnikanı hədəfə alaraq necə istifadə etdilər,” – baş nazir bildirib.

Kobaxidze həmçinin qeyd edib ki, eyni süjetdə Giorgi Baçiaşvili “qurban” obrazında təqdim olunur və siyasi təqib obyekti kimi göstərilir: “Halbuki Baçiaşvilinin törətdiyi cinayət məhkəmənin iki instansiyası tərəfindən təsdiqlənib, paralel olaraq ona qarşı daha iki cinayət işi üzrə araşdırma davam edir. Onlardan biri – Gürcüstan sərhədinin qanunsuz keçilməsi ittihamı – elə onun öz açıq bəyanatı ilə şübhəsiz şəkildə təsdiq olunub”.

Baş nazir əlavə edib ki, yalan üzərində qurulmuş bu “jurnalist araşdırması” daha bir açıq saxtakarlıqla tamamlanır: “Süjetin sonunda guya Gürcüstan Daxili İşlər Nazirliyinin hələ də etirazçılara qarşı su şırnağından istifadə etdiyi iddia olunur. Bu tamamilə həqiqətə uyğun olmayan, qərəzli bəyanatdır,” – Kobaxidze vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər