Britaniyalı deputat: “Onlar öz xalqına qarşı Birinci Dünya Müharibəsi dövrünün kimyəvi silahını istifadə edirlər”
Britaniya parlamentinin üzvü Ceyms Makkliri BBC tərəfindən yayımlanan araşdırma məqaləsinə sərt reaksiyaya verib.
InterPress.ge xəbər verir ki, bu barədə Deputat X sosial platformasında yazıb.
“Bu, Gürcüstandan gələn həqiqətən şokedicı xəbərdir. Onlar öz xalqına qarşı Birinci Dünya Müharibəsi dövrünün kimyəvi silahını istifadə edirlər.”-Makklir yazıb.
Onun sözlərinə görə, “Vladimir Putin məqsədinə çata bilməməlidir” və demokratiya üçün mübarizə aparan gürcü xalqına dəstək göstərilməlidir.
“Onlar rus aqressiyası və avtoritarizminə qarşı mübarizənin ön cəbhəsində dayanırlar. Biz gürcü demokratiyasını dəstəkləməliyik.” -Deputat əlavə edib.
Xatırladaq ki, BBC araşdırmasında iddia edir ki, Gürcüstan hökuməti ötən il hökumət əleyhinə etirazları dağıtmaq üçün Birinci Dünya Müharibəsi dövrünün kimyəvi maddəsini — fransız hərbçilərinin “kamit” adlandırdığı agenti — istifadə etmiş ola bilər. BBC yazır ki, etiraz iştirakçıları göz yanğısı, nəfəs çatışmazlığı, öskürək və hətta həftələrlə davam edən qusma kimi simptomlardan şikayət ediblər. World Service-in kimyəvi silah üzrə ekspertlərlə, xüsusi təyinatlı polis əməkdaşları ilə və həkimlərlə danışdığı bildirilir.


