02 
Dek
2025
14:20
311

Gürcüstan 2027–2028-ci ildən 11 illik təhsil sisteminə keçir

Ölkə 11 illik ümumi təhsil modelinə 2027–2028-ci tədris ilindən keçəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Givi Mikanadze bildirib.

Nazir bildirib ki, hazırda IX sinifdə oxuyan şagirdlər məktəbi XI sinifdən sonra bitirəcəklər.

Nazirin açıqlamasına əsasən, XII sinifdə oxumaq istəyən şagirdlər üçün əlavə imkan yaradılacaq. Bunun üçün hər il mart ayında xüsusi qeydiyyat portalı açılacaq və arzusunda olanlar ora daxil olaraq qeydiyyatdan keçə biləcəklər. XII siniflər isə yalnız kifayət qədər müraciət daxil olduğu məktəblərdə açılacaq:

“11 illik tədrisə 2027–2028-ci ildən keçəcəyik. Bu gün IX sinifdə təhsil alanlar məktəbi XI sinfin sonunda bitirəcəklər. Eyni zamanda XII sinifdə oxumaq istəyən gənclər üçün hər ilin mart ayında qeydiyyat portalı açılacaq. Neçə nəfər qeydiyyatdan keçəcəyindən asılı olaraq, şəhər və bələdiyyələrdə, uyğun orta məktəblərdə XII siniflər açılacaq. Gənclərə həm XI, həm də XII sinifin attestatını almaq imkanı veriləcək,” – deyə Mikanadze bildirib.

Bizimlə əlaqə saxlayın