02 
Dek
2025
12:36
252

Gürcüstanda ibtidai siniflərdə məktəb forması yenidən məcburi olacaq

Gələn ildən etibarən Gürcüstanın bütün dövlət məktəblərində I–VI siniflər üçün məktəb forması yenidən məcburi qaydada tətbiq olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Givi Mikanadze ümumi təhsil islahatının milli konsepsiyasının təqdimatında açıqlama verib.

Nazirin sözlərinə görə, qərar mövcud təcrübənin təhlilindən sonra qəbul edilib və ilkin olaraq test rejimində həyata keçiriləcək. O bildirib ki, sosial baxımdan həssas ailələr məktəb formalarının alınması üçün dövlət tərəfindən maliyyə dəstəyi əldə edəcəklər:

“Gələn tədris ilindən bütün dövlət məktəblərində, 1-dən 6-cı sinfə qədər, ibtidai mərhələdə məktəb forması məcburi qaydada geri qayıdır. Sosial cəhətdən həssas ailələr nəzərə alınacaq və Səhiyyə Nazirliyi tərəfindən 60 000 bal və ya daha az qiymətləndirilmiş ailələr məktəb formaları ilə bağlı dövlət yardımını alacaqlar,” – deyə Mikanadze bildirib.

Bizimlə əlaqə saxlayın