01 
Dek
2025
22:15
126

Şalva Papuaşvili: “BBC-nin süjeti Gürcüstana qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili BBC-nin yayımladığı süjetə münasibət bildirərək açıqlamanı “Gürcüstana qarşı yönəlmiş hibrid müharibənin elementi” adlandırıb.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, yayımlanan material “tamamilə saxta informasiyaya əsaslanır” və məqsədli şəkildə ölkəyə qarşı yönəldilmiş informasiya hücumuna xidmət edir.

Papuaşvilinin sözlərinə görə, sözügedən süjetdən sonra daha aydın şəkildə görünür ki, “kimlər Gürcüstana qarşı işləyir”:

“Bir süjetdən daha vacib olan onun dərcindən sonra ortaya çıxan mənzərədir. Açıq şəkildə gördük ki, yalan narrativlərin yayılması necə orkestrləşdirilir. Bir tərəfdən xaricdən verilən tapşırıqlar, digər tərəfdən ölkə daxilində fəaliyyət göstərən agentlər — hamısı birlikdə hərəkətə gəldi.”

O qeyd edib ki, baş verənlər Gürcüstan əleyhinə qurulmuş hibrid müharibə taktikasının bariz nümunəsidir:

“Bu süjet və onun əsasında qurulmuş saxtakarlıq Gürcüstana qarşı hibrid müharibənin taktikasına tam uyğun gəlir. BBC-nin süjeti bu prosesdə istifadə olunan alətdir.”

Papuaşvili əlavə edib ki, yayılan reaksiyalar və süjetdən sonra müşahidə olunan davranışlar “kimlərin, hansı məqsədlə ölkəyə qarşı işlədiyini tam şəkildə üzə çıxardı”:

“Bugün biz bunu adbaad, simasimə gördük. Gürcüstanın əleyhinə işləyənlər açıq şəkildə ortaya çıxdılar.”

Parlament sədri vurğulayıb ki, sözügedən hadisə həm də faydalıdır, çünki “kimlərin hansı şəbəkəyə bağlı olduğu tam şəkildə üzə çıxır”.

Bizimlə əlaqə saxlayın