01 
Dek
2025
13:19
223

Kobaxidze: “Yüksək iqtisadi artım Gürcüstanın valyuta ehtiyatlarını rekord həddə çatdırdı”

"Ölkədə müşahidə olunan yüksək iqtisadi artım valyuta ehtiyatlarının misilsiz şəkildə artırılmasına imkan verib."

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında çıxış edərək bildirib.

Onun sözlərinə görə, bu il Milli Bank 2 milyard 103 milyon ABŞ dolları məbləğində valyuta alaraq ehtiyatlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Baş nazir qeyd edib ki, Gürcüstanın ümumi valyuta ehtiyatları 5 milyard 808 milyon dollara çatıb və bu göstərici də ölkə tarixində rekord səviyyədir.

“Mövcud yüksək iqtisadi artım valyuta ehtiyatlarının presedentsiz şəkildə artırılmasına şərait yaratdı. Bu il Milli Bank 2 milyard 103 milyon dollar həcmində valyuta alıb – bu, tarixi rekorddur. Ümumi ehtiyatlar isə 5 milyard 808 milyon dollar təşkil edir ki, bu da ən yüksək göstəricidir. Milli Banka və onun prezidentinə effektiv fəaliyyətinə görə bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda, iqtisadi artım və valyuta ehtiyatlarının güclənməsi fonunda “Fitch Ratings” Gürcüstanın suveren reytinqinin perspektivini “mənfi”dən “sabit”ə yüksəltdi. Bu, ölkənin gələcək iqtisadi inkişafına müsbət təsir edəcək,” – deyə Kobaxidze vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər