01 
Dek
2025
12:33
172

İrakli Kobaxidze: “İqtisadiyyat ilk dəfə 100 milyard lari həddini keçəcək”

Milli Statistika Xidməti (Sakstat) tərəfindən yayımlanan göstəricilərə əsasən, yanvar–oktyabr ayları üzrə iqtisadi artım 7,6 faiz təşkil edib.

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlayıb.

Onun sözlərinə görə, bu dinamika ilin sonunda Beynəlxalq Valyuta Fondunun 7,2 faizlik proqnozunun artıq ehtimalla aşılacağını göstərir.

Baş nazir bildirib ki, cari ilin sonuna qədər Gürcüstan iqtisadiyyatı tarixdə ilk dəfə 100 milyard lari həddini keçəcək və adambaşına düşən nominal ÜDM 10 min dolları aşacaq.

“Xatırladım ki, Beynəlxalq Valyuta Fondu ilkin proqnozunu artıraraq 7,2 faizə yüksəltdi, lakin görünür ki, ilin sonunda daha yüksək göstərici qeydə alınacaq. Həmçinin, bu ilin yekununda ölkənin ümumi daxili məhsulu – yəni Gürcüstan iqtisadiyyatı tarixdə ilk dəfə 100 milyard lari həddini keçəcək. Adambaşına düşən nominal ÜDM isə yenə ilk dəfə olaraq 10 min dolları ötəcək. Alıcılıq qabiliyyəti pariteti üzrə hesablamada isə adambaşına ÜDM 30 min dolları keçəcək. Halbuki cəmi 8 il əvvəl bu rəqəm 10 min dollar idi. Bütün iqtisadi göstəricilər üzrə ölkə düzgün istiqamətdə inkişaf edir. Biz də iqtisadi artım tempinin dayanmasına imkan verməmək və yüksək artım tempi qorunub saxlanılsın deyə bütün lazımi addımları atacağıq,” – deyə baş nazir Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın