28 
Nybr
2025
10:02
458

Salome Zurabişvili vətəndaşlara çağırış etdi

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili 28 noyabrda Tbilisidə keçiriləcək aksiya ərəfəsində vətəndaşlara müraciət edərək onları etiraz yürüşündə iştiraka çağırıb.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Zurabişvilinin sözlərinə görə, bu gün xalqın həmrəyliyinin və iradəsinin nümayişi üçün əhəmiyyətli gündür:

“Bu gün mənim, sənin, bizim və sizin gününüzdür!

28 noyabrda, bir ildən sonra daha da qətiyyətli şəkildə – birlikdə dayanmalıyıq ki, bir-birimizi gücləndirək!

Bizim seçimimiz dəyişməz və möhkəmdir:

Gürcüstan Rusiyaya tabe olmayacaq! Rejim Avropaya aparan yolu bizə bağlaya bilməz! Biz Avropanı seçirik – bu isə sülh, azadlıq və güclü institutlara sahib müstəqil dövlətdir.

Heç kim bu məqsəd uğrunda birləşmiş cəmiyyətimizi, xalqımızın qorxmaz ruhunu və azadlığa olan istəyini məğlub edə bilməz. #GürcüstanQalibGələcək!” – deyə Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər