İrakli Kobaxidze: “Miqrasiya ilə bağlı rəqəmlərlə tez-tez manipulyasiya olunur – Gürcüstan əhalisinin 93,4%-i Gürcüstan vətəndaşıdır”
"Rəqəmlər tez-tez manipulyasiya məqsədilə istifadə olunur."
InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin plenar iclasında, interpelasiya qaydası ilə keçirilən dinləmə zamanı miqrasiya məsələləri ilə bağlı yayılan məlumatları şərh edərək bildirib.
Baş nazirin sözlərinə görə, bəzi siyasətçilər ölkədə yaşayan əcnəbilərin payının guya 10% olduğunu iddia etsələr də, Gürcüstan əhalisinin ən azı 93,4%-i Gürcüstan vətəndaşıdır. Qalan 6,6% isə avtomatik olaraq xarici vətəndaşlar kimi qiymətləndirilə bilməz.
“Saxtstat ümumi əhali siyahıyaalmasını başa çatdırıb, lakin ölkədə yaşayanların vətəndaşlığı ilə bağlı detallı məlumatların dəqiqləşdirilməsi davam edir. Bu günə qədər açıqlanan əsas rəqəm odur ki, əhalinin 93,4%-i Gürcüstan vətəndaşıdır. Qalan 6,6%-in böyük hissəsinin vətəndaşlıq statusu dəqiqləşdirilməlidir – onlar apriori əcnəbi vətəndaş deyillər,” – Kobaxidze bildirib.
Hökumət başçısı parlament üzvlərinə miqrasiya ilə bağlı əlavə məlumat verməyə hazır olduğunu bildirib:
“Əgər maraq varsa, bu mövzuda ayrıca interpelasiya da keçirməyə hazırıq.”
Kobaxidze ölkədə yaşayan əcnəbilərin əsas kateqoriyalarını açıqlayıb:
-
37 min xarici tələbə, onların böyük əksəriyyəti hindistanlıdır;
-
25 min ukraynalı qaçqın;
-
fərqli ölkələrdən gəlmiş və İT sektorunda çalışan mütəxəssislər, hansıların fəaliyyəti ölkə iqtisadiyyatına ciddi töhfə verir.
Baş nazir vurğulayıb ki, yalnız bir sahədə – informasiya texnologiyaları sektorunda – yaşayış icazəsinin verilməsi prosedurları sadələşdirilib:
“Bu sektorda çalışan xarici mütəxəssislər ölkənin təhlükəsizliyi üçün heç bir risk yaratmır və onların fəaliyyəti tam nəzarət altındadır.”
Kobaxidze əlavə edib ki, yalnız xarici tələbələrin tibbi təhsil sahəsinə yönəltdiyi xərclər ötən il 1 milyard 200 milyon lari təşkil edib:
“Bu, kiçik rəqəm deyil. İstəsəniz, bu mövzuda daha detallı məlumatları da təqdim etməyə hazıram.”
Baş nazirin sözlərinə görə, miqrasiya ilə bağlı yayılan şişirdilmiş rəqəmlər və manipulyativ məlumatlar cəmiyyətdə əsassız narahatlıq yaratmaq məqsədi daşıyır.


