25 
Nybr
2025
12:48
213

Papuaşvili: "Bu iş Avropada ədalət və regulasiya barədə illərlə qurulan təsəvvürü dağıtdı"

"Avropada qanunun tələblərinə ciddi riayət olunması ilə bağlı formalaşmış təsəvvür “tamamilə dağıldı”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Bidzina İvanişvili ilə “Credit Suisse” arasındakı mübahisə üzrə London məhkəməsinin qərarını şərh edərək bildirib.

Parlament sədrinin sözlərinə görə, Avropanın maliyyə strukturları İvanişviliyə qarşı “günün günorta çağı açıq rekеt” həyata keçirdilər.

Papuaşvili qeyd edib ki, İvanişvilinin ona məxsus vəsaitə çıxış əldə etmək ehtimalı çox azdır:

“Vəkillərin qiymətləndirməsini təkrarlayacağam – bu, tamamilə quldurcasına rekеt və qarət idi. Hem Avropanın özünün çox təriflədiyi maliyyə nəzarət mexanizmləri, hem şəffaflıq, hem də qanunun aliliyi haqqında illərlə yaradılmış təsəvvür bu işlə tam dağıldı. Biz illərdir bu məhkəməni izləyirik və aydın oldu ki, Avropada nə milli mərkəzi bankların regulasiyaları işləyir, nə cinayət ədliyyəsi, nə də başqa xüsusi mexanizmlər. Əgər siyasi maraq varsa, bütün bu mexanizmlər işləmir. Bu, İvanişviliyə təzyiq göstərmək və Gürcüstanın milli maraqlarına zidd qərarlara məcbur etmək üçün açıq siyasi məqsəd idi.”

Onun sözlərinə görə, məhz bu hadisə Avropada qanun qarşısında bərabərlik barədə “mifin dağılmasının” bariz nümunəsidir:

“Fakt odur ki, Avropada qanunların ədalətli tətbiqinə dair bütün mif dağıldı. İvanişviliyə qarşı Avropanın mərkəzində, hamının gözü qarşısında rekеt həyata keçirilirdi.”

Papuaşvili əlavə edib ki, siyasi məqsədlər olduqda, müxtəlif təzyiq vasitələrinin, o cümlədən sanksiyaların tətbiqi istisna deyil:

“Əgər siyasi məqsəd varsa, müxtəlif alətlərdən istifadə olunacaq. Sanksiyalar da bu alətlərdən biridir. Bayden administrasiyası vaxtilə bu mexanizmdən istifadə etmişdi və tətbiq olunan məhdudiyyətlər məhz İvanişvilinin vəsaitinə çıxışı hədəfləyirdi. Əgər bu prosesin Avropada tam bir quldurluq olduğu təsdiqlənsə belə, bu, onun vəsaitə çıxışını məhdudlaşdırmaq cəhdlərinin dayanacağı anlamına gəlmir.”

Parlament sədri bildirib ki, Gürcüstana qarşı siyasi münasibət dəyişməyənədək İvanişvilinin bu vəsaitə çıxış əldə etməsi real görünmür:

“İvanişvilinin yaxın zamanda bu vəsaitə çıxış əldə edəcəyinə dair gözlənti yoxdur. Bu, yalnız Gürcüstana qarşı siyasi yanaşma dəyişərsə mümkün ola bilər.”

Xatırladaq ki, Böyük Britaniyanın Ali Məhkəməsi – Gizli Şura Komitəsi Bidzina İvanişvili və “Credit Suisse” işi üzrə yekun qərar çıxarıb. Məhkəmə İvanişvilinin şikayətini rədd edib və ona ziyanın ödənilməsi ilə bağlı əvvəlki öhdəliyi qüvvədə saxlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər