NATO-nun Baş katibi Mark Rutte: “Gürcüstanda vəziyyət bizi ciddi narahat edir”
"Gürcüstanda baş verən proseslərlə bağlı “sadəlövh deyiləm”.
InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “Azad Avropa/Azadlıq Radiosu”na müsahibəsində Gürcüstandakı vəziyyətə dair fikirlərini bildirərkən deyib.
Gürcüstanın NATO-ya namizəd ölkə statusunun qüvvədə olub-olmaması ilə bağlı suala cavab verən Rutte deyib ki, “Euroatlantik məkanında istənilən ölkə NATO üzvlüyünə can atdıqda, bu arzusunu ifadə edə bilər və bundan sonra proses başlayır.”
“Əlbəttə, Gürcüstanda baş verənlərlə bağlı sadəlövh deyiləm. Biz çox narahatıq. Bunu gürcü tərəfinə açıq şəkildə bildirmişik. Onlarla əməkdaşlığımız davam edir. Hesab edirəm ki, bu əməkdaşlıq bizim narahatlığımızı birbaşa çatdırmaq üçün vacib kanaldır.
Gəlin, məsələyə daha geniş — holistik — baxaq. Gürcüstan bu kontekstdə mövcuddur, amma biz eyni zamanda Ermənistan və Azərbaycan arasında baş verənləri də görürük. Vəziyyət orada daha yaxşı istiqamətdə dəyişir və bu, Prezident Trampın gördüyü işlərin nəticəsidir. Buna görə də mən Gürcüstanı bütövlükdə Cənubi Qafqaz kontekstində qiymətləndirərdim,” – deyə Mark Rutte bildirib.


