22 
Nybr
2025
00:11
214

Kobaхidze: “Bu insanlar həm acınacaqlıdır, həm də şər fəaliyyətində iştirak edirlər”

Gürcüstanın baş naziri İrakli Kobaхidze müxalifət haqqında danışarkən bildirib ki, radikal qrupların davranışına loyal yanaşmaq mümkün deyil və onların fəaliyyəti həm acınacaqlı, həm də zərərli xarakter daşıyır.

Kobaхidzenin sözlərinə görə, radikal müxalifətin xarici havadarları ölkədə siyasi gərginlik yaratmağa çalışsa da, hakimiyyətin dəyişdirilməsinə nail ola bilməyiblər, lakin cəmiyyətdə nifrətin artması onların əsas “nailiyyəti” sayılır.

“Giqla Berbiçaşvilidə də eyni proses baş verdi — sadə adam idi, onu dəli etdilər. İlkin də, indi də məqsəd bir idi: nüfuzlu şəxsləri gözdən salmaq. İlia Çavçavadzeyə qarşı aparılan kampaniyada həm bolşeviklər, həm menşeviklər bərabər iştirak edirdilər. O da aldandı və elə təsəvvür yaratdılar ki, guya İliadan üstündür. Bu adam həm yazıq idi, həm də etdiyi ilə şər işə qoşulmuşdu. Eyni vəziyyət indi də müşahidə olunur. Belə hallara loyal yanaşmaq olmaz. Bu insanlara demək lazımdır: siz həm acınacaqlısınız, həm də pislikdə iştirak edirsiniz,” – deyə baş nazir qeyd edib.

Baş nazir bildirib ki, hər bir radikal və zərərli ideologiya əsas dəyərlərə qarşı yönəlir və bu baxımdan onların davranışı bolşevik üsullarından fərqlənmir.

“Onların əsas ideologiyası budur: öz ölkəni sevməməlisən, kilsəni hörmət etməməlisən və cəmiyyətə nifrət yaymalısan. Necə ola bilər ki, sən buna loyal yanaşasan? Bu, yeni bir şey deyil — tarixdə faşizm və bolşevizm dövrlərindən belə ideoloji xətt yaxşı məlumdur. O zaman da etnik gürcülər vardı ki, bolşeviklərə xidmət edir, öz xalqını və kilsəsini təhqir edirdilər. İndi də eyni şey baş verir,” – deyə Kobaхidze POSTV-yə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, radikal ideologiyalar, harada olursa-olsun, cəmiyyətin əsas dəyərlərini sarsıtmaq məqsədi güdür və buna qarşı sərt mövqe göstərilməlidir.

Bizimlə əlaqə saxlayın