Gürcüstanda yaxın günlərdə hava şəraiti necə olacaq? - RƏSMİ PROQNOZ
Ölkə ərazisində yaxın günlərdə isti və yağıntısız hava şəraiti sabit qalacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Proqnozlara əsasən, paytaxt Tbilisidə də yağıntı gözlənilmir, gündüz temperatur +19…+21 dərəcə olacaq.
Agentliyin məlumatında ölkənin müxtəlif bölgələri üzrə hava proqnozu belədir:
Sahilyanı zonalar (Batumi, Kobuleti, Anakliya, Poti):
İsti və yağıntısız hava gözlənilir. Gündüz temperatur +21…+23° olacaq.
Qərb Gürcüstanının düzənlik əraziləri (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti):
Hava isti və quru olacaq. Gündüz +24…+26°.
Qərb Gürcüstanının dağlıq rayonları (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı):
Yağıntı gözlənilmir, gündüz temperatur +22…+24° olacaq.
Qərb Gürcüstanının yüksək dağlıq əraziləri (Mestia, Baxmaro):
Hava quru keçəcək, gündüz +16…+18°.
Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali):
Yağıntısız hava proqnozlaşdırılır. Gündüz +20…+22°.
Kaxeti (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsqaro):
Quru hava davam edəcək, temperatur +19…+21°.
Şərqi Gürcüstanın dağlıq bölgələri (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanuri):
Yağıntısız hava, gündüz +18…+20°.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Zalka, Bakuriani, Gudauri, Omalo):
Quru hava gözlənilir, gündüz +15…+17°.


