Gürcüstanda 14 yaşdan kiçik uşaqlarla bağlı yeni qanun qüvvəyə minəcək
Gürcüstan parlamenti 14 yaşınadək olan və Cinayət Məcəlləsi ilə nəzərdə tutulan hüquqazidd əməl törətməkdə əsaslı şübhə yaranan uşaqların reabilitasiyası və dəstəklənməsi üçün xüsusi qanun qəbul etməyə hazırlaşır.
InterPress.ge xəbər verir ki, “Qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstəklənməsi haqqında” qanun layihəsi “Gürcü Arzusu” fraksiyasının deputatları tərəfindən təqdim edilib.
İnisiatorların izahına görə, hazırkı qanunvericilik 14 yaşa çatmayanlar üçün cinayət məsuliyyəti nəzərdə tutmadığından dövlətin reaksiyası və profilaktika mexanizmləri qeyri-effektiv qalır. Yeni qanun layihəsinin məqsədi belə uşaqların fərdi ehtiyaclarının müəyyən edilməsi, onların reabilitasiyası, sosiallaşması və gələcək cinayətlərin qarşısının alınmasıdır.
Layiihəyə əsasən:
• Qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlar xüsusi reabilitasiya və dəstək mərkəzlərinə yönləndiriləcək.
• Proses multidsiplinar yanaşma ilə – müxtəlif dövlət strukturlarının birgə işi əsasında həyata keçiriləcək.
• Ədliyyə Nazirliyinin sistemində yeni qurum – Yetkinlik yaşına çatmayanların reabilitasiya və dəstək mərkəzi yaradılacaq.
• Prokuror qərar verdikdən sonra, hüquqazidd əməl törətmiş 14 yaşdan kiçik uşaqlar 5 iş günü ərzində mərkəzə yönləndiriləcək.
• Mərkəz uşağın ailəsi, dövlət qurumları və digər mənbələrdən məlumat toplayaraq fərdi qiymətləndirmə aparacaq.
• Uşağın valideyninin əməkdaşlıqdan imtinası məsuliyyət yarada bilər. Lazım gəldikdə yetkinlik yaşına çatmayan üçün dövlət tərəfindən nümayəndə təyin ediləcək.
Reabilitasiya müddəti azı 1 ay, maksimum 12 ay olacaq və zərurət yaranarsa, daha 12 aya qədər uzadıla bilər.
Yeni qanun həmçinin xüsusi Reabilitasiya Evini də nəzərdə tutur. Buraya 10–18 yaş arası uşaqlar, qanunazidd əməli isə 10–14 yaş arasında törətmiş şəxslər mümkündür. Reabilitasiya evinə yerləşdirmə yalnız məhkəmə qərarı ilə həyata keçiriləcək və ilkin müddət 6 aya qədər olacaq. Bu müddət məhkəmənin qərarı ilə mərhələli şəkildə uzadıla bilər.
Reabilitasiya evində olan uşaqlar təhsil, psixoloji dəstək, sosial adaptasiya proqramları və digər xidmətlərlə təmin olunacaqlar. Binanı özbaşına tərk etməyə isə icazə verilməyəcək.
Yeni qanun layihəsi 19 noyabrda parlamentin İnsan hüquqları komitəsində müzakirə olunacaq.


