19 
Nybr
2025
11:50
284

Ölkəyə idxal olunan siqaretin aksiz vergisi artırılır - Qiymətlər artırılacaq (VİDEO)

Parlamentdə təqdim olunmuş yeni qanun layihəsinə görə, 1 qutu idxal olunan siqaretin aksiz vergisi 85 tetri artırılacaq.

InterPress.ge xəbər verir ki, hazırda idxal siqaretinə tətbiq olunan aksiz 20 ədədə (1 qutuya) 1.90 lari təşkil edirdisə, layihə qüvvəyə mindikdən sonra bu göstərici 2.75 lari olacaq.

Eyni layihə yerli istehsal siqaretlər üçün aksiz dərəcəsinin azalmasını nəzərdə tutur. Dəyişikliklərə əsasən:

  • Yerli istehsal olan və illik həcmi 35 milyon qutunu keçməyən siqaretlər (tütün tərkibli məhsullar) 1 qutuya 1.30 lari aksizlə vergiyə cəlb olunacaq.

  • Mövcud qaydada bu məbləğ idxal siqaretləri kimi 1.90 lari idi və beləliklə yerli istehsal üçün aksiz 60 tetri azalır.

Qanun layihəsinin izahat bülletenində qeyd olunur ki, məqsəd yerli istehsalın gücləndirilməsi, onun rəqabət qabiliyyətinin artırılmasıbazar payının genişləndirilməsidir:

“Yerli istehsalın güclənməsi və rəqabətliliyinin artırılması məqsədilə iqtisadi alətlərin, o cümlədən müəyyən bazar seqmenti üçün (illik 35 milyon qutuya qədər yerli istehsal siqaretlər) vergi yükünün azaldılması məqsədəuyğundur.”

Qanun layihəsinə əsasən, yeni aksiz dərəcələri 2026-cı il 1 yanvardan qüvvəyə minəcək.

Qanun layihəsinin müəllifləri:
Şota Berekaşvili, Giorgi Barvenaşvili, Levan Maçavariani və Tornike Berekaşvili.

Bizimlə əlaqə saxlayın