Ölkədə hava şəraiti dəyişəcək - Rəsmi proqnoz
15–17 noyabr tarixlərində ölkənin müxtəlif bölgələrində yağışlı hava şəraitinin müşahidə olunacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayıb.
Məlumata görə, paytaxt Tbilisidə də zəif yağış ehtimalı var, gündüz saatlarında temperatur +16, +18 dərəcə təşkil edəcək.
Agentliyin bölgələr üzrə hava proqnozu belədir:
Sahilyanı rayonlar (Batumi, Kobuleti, Anaklia, Poti):
15–16 noyabrda zəif yağış gözlənilir, 17 noyabrda hava açıq olacaq. Günorta temperaturlar +17, +19 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik əraziləri (Zestafoni, Kutaisi, Samtredia, Zugdidi, Martvili, Ozurgeti):
15–16 noyabrda bəzi yerlərdə zəif yağış proqnozlaşdırılır, 17 noyabrda hava açılacaq. Temperatur +18, +20 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikot keçidi):
15–16 noyabrda bəzi ərazilərdə zəif yağış yağacaq, 17 noyabrda açılma gözlənilir. Temperatur +17, +19 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro):
15–16 noyabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 17 noyabrda hava açıq olacaq. Günorta temperaturu +11, +13 dərəcə təşkil edəcək.
Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali):
Bəzi ərazilərdə yağış proqnozlaşdırılır. Temperatur +17, +19 dərəcə olacaq.
Kaxeti (Saqarcelo, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplisçqaro):
Rayonların bir hissəsində yağış gözlənilir. Günorta temperaturu +17, +19 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonları (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanuri):
Bəzi ərazilərdə yağış ehtimalı var. Temperatur +15, +17 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Zalqa, Bakuriani, Gudauri, Omalo):
Bəzi yerlərdə yağış gözlənilir. Temperatur +9, +11 dərəcə təşkil edəcək.


