07 
Nybr
2025
11:48
322

Ölkə ərazisində noyabrın 11-dək olan hava şəraiti açıqlandı - VİDEO

Noyabrın 11-dək ölkə ərazisində isti və əsasən yağıntısız hava şəraiti davam edəcək.

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstanın Ətraf Mühit Milli Agentliyi məlumat verib.

Tbilisidə hava isti və quru olacaq, gündüz temperatur +21 +23°C arasında dəyişəcək.

Sahil zonasında Batumi, Kabuleti, Anakliya, Poti şəhərlərində hava isti və yağışsız olacaq, gündüz temperatur +21 +23°C təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonları Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgetidə hava isti və günəşli olacaq, gündüz temperatur +23 +25°C arasında dəyişəcək.

Qərbi Gürcüstanın dağlıq əraziləri Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxera, Xulo, Rikot keçididə isti və əsasən yağıntısız hava gözlənilir — gündüz +22 +24°C .

Yüksək dağlıq rayonlarda Mestia və Baxmaroda hava açıq və yağışsız olacaq, gündüz temperatur +19 +21°C olacaq.

Kartli bölgəsində Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Çixnvalidə hava əsasən yağıntısız olacaq, gündüz +21 +23°C .

Kaxetinin Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta və Dedaoplisçkaro rayonlarında hava isti və yağıntısız olacaq, gündüz +22 +24°C .

Şərqi Gürcüstanın dağlıq rayonları Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauridə əsasən yağıntısız hava gözlənilir, gündüz +20 +22°C .

Yüksək dağlıq ərazilərdə isə Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo rayonlarında hava günəşli olacaq, gündüz temperatur +13 +18°C arasında dəyişəcək.

Bizimlə əlaqə saxlayın