27 
Okt
2025
15:57
341

Papuaşvili: “Məğlub olmuş müxalifət Gürcüstanı vassal dövlətə çevirmək istəyir”

Parlamentin sədri Şalva Papuaşvili bildirir ki, müxalifət və onun məğlub seçiciləri bir ildir ki, frustrasiyalarını gizlətməyə çalışırlar və Gürcüstanın müstəqilliyini sarsıtmaq məqsədi güdürlər.

InterPress.gexəbərverirki, o, bu fikirləri dünən parlament qarşısında keçirilən aksiya barədə danışarkən səsləndirib.

“Məğlub olmuş müxalifət və onların məğlub seçiciləri bir ildir öz narazılıqlarını gizlətməyə çalışırlar. Onlar anlayırlar ki, bu ölkənin çoxluğu deyillər və dövlətin taleyini təyin edə bilməzlər. Bu insanların əsas məqsədi Gürcüstan demokratiyasına qarşı mübarizədir. Bu gün xətt, məhz Gürcüstan əhalisinin əksəriyyəti ilə marjinal qrup arasında keçir”, – deyə Papuaşvili bildirib.

O, etirazçıların əsas tələbini Gürcüstanın qərbləşmiş siyasətçilərə tabe etdirilməsi niyyəti kimi qiymətləndirib:

“Onların əsas tələbi budur ki, Gürcüstanda elə bir hakimiyyət olsun ki, xaricdən verilən bütün göstərişləri yerinə yetirsin. Onları narahat edən budur ki, niyə Gürcüstan Avropa İttifaqının səfirinin və ya Brüsseldəki üçüncü-dördüncü dərəcəli bürokratların dediklərinə tam tabe olmur? Onlar istəyirlər ki, xaricdən deyilənlər qanun olsun, yoxsa parlamentin qəbul etdiyi qanun?”

Papuaşvili qeyd edib ki, bu yanaşma Gürcüstanı vassal dövlətə çevirmək cəhdidir:

“Patriotluq şüarları atan həmin şəxslər əslində istəyirlər ki, Gürcüstan vassal dövlətə çevrilsin. Onlara deyilsin ki, hakimləri xaricilər təyin etməlidir – onlar da ‘bəli’ desinlər. Qanunvericilik prosesində xaricdən maliyyələşən QHT-lər parlamentdə otursun və son sözü onlar desinlər. Bu, demokratiyanın özünə qarşı istifadə olunan alətdir və bu, məhz vassallıqdır”, – deyə o vurğulayıb.

Parlament sədri bildirib ki, Gürcü xalqı xaricdən idarə olunmaq istəmir və son seçkilərdə də bunu təsdiqləyib:

“Gürcüstan xalqı öz dövlətçilik tarixi və təcrübəsindən nəticə çıxararaq, heç vaxt xarici idarəçiliyi qəbul etməyəcək. Kimlər ki, Gürcüstanı bu yola çəkməyə çalışır, özləri də vassala çevriliblər”, – deyə Papuaşvili əlavə edib.

Bizimlə əlaqə saxlayın