Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Azərbaycan Laqodexi rayona humanitar yardım göndərib - FOTO

418
Azərbaycan Laqodexi rayona humanitar yardım göndərib - FOTO
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondu cari il sentyabrın 27-də Gürcüstanın Laqodexi rayonu ərazisindəki Qabal çayının daşması nəticəsində baş…

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondu cari il sentyabrın 27-də Gürcüstanın Laqodexi rayonu ərazisindəki Qabal çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş soydaşlarımıza humanitar yardım göndərib.

InterPress.ge xəbər verir ki, yardım Laqodexi bələdiyyəsinin Qabal, Gəncəli, Uzuntala, Qaracalar və digər bir sıra kəndlərinin sakinlərinə paylanılıb. Fondun dəstəyi və “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə təbii fəlakətdən zərər çəkmiş sakinlərə müxtəlif çeşiddə ərzaq məhsulları və digər zəruri ləvazimatlar paylanılıb.

“Qabal İnkişaf Mərkəzi”nin rəhbəri Yavər Məmmədov bildirib ki, təbii fəlakətdən sonra Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət olunub. Bundan sonra ümumilikdə 120 ailəyə humanitar yardım çatdırılıb. Humanitar yardım təkcə azərbaycanlılara deyil, gürcü kəndlərinin sakinlərinə də çatdırılıb.

“Biz əsrlər boyu gürcü qardaşlarımızla mehriban şəraitdə yaşamışıq. Təbii ki, ağır və çətin günlərdə belə bir-birimizə daim dayaq olmuşuq. Belə bir ağır vəziyyətdə azərbaycanlılarla yanaşı, gürcülərə də yardım göndərildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə və digər əlaqədar təşkilatlara minnətdarıq. Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır və bütün qonşular üçün nümunə ola bilər", - deyə Y.Məmmədov vurğulayıb.

Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə mer nümayəndəsi Ramiz Amirov kənd sakinləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür ediblər.

Gürcü kəndinin sakinləri bildiriblər ki, Azərbaycanın Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Rəsmi Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir.

Onlar təbii fəlakətdən zərər çəkmiş rayonun gürcü sakinlərinə çatdırılan ərzaq yardımına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →