23 
Okt
2025
10:51
275

Tramp: “Putinlə görüşü ləğv etdik, çünki bu, doğru addım deyildi”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə planlaşdırılmış görüşü ləğv edib.

InterPress.gexəbərverirki, o, bu barədə NATO baş katibi Mark Rütte ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərə açıqlama verib.

“Biz Putinlə görüşü ləğv etdik. Mənə elə gəldi ki, bu, doğru zaman deyildi, buna görə də qərar verdim ki, görüş baş tutmasın. Amma gələcəkdə mütləq görüşəcəyik,” – deyə Tramp qeyd edib.

O, vurğulayıb ki, Putinə qarşı mütəmadi apardığı danışıqlar nəticə vermir:

“Hər dəfə Vladimirlə danışanda yaxşı söhbətlərimiz olur, amma sonra heç bir nəticə olmur. Mən deyərdim ki, artıq razılaşma əldə etməyin vaxtıdır, çünki çox sayda insan həyatını itirir.”

Tramp həmçinin ABŞ-ın Rusiyanın iki böyük neft şirkəti – “Rosneft” və “Lukoil”-ə qarşı elan etdiyi yeni sanksiyaların təsiri barədə danışıb:

“Düşünürəm ki, bu sanksiyalar mütləq təsir göstərəcək. Bu, çox böyük miqyaslı sanksiyalardır və Rusiya neft sektoruna – iki ən iri şirkətə – yönəlib.”

ABŞ Prezidenti ümid etdiyini bildirib ki, həm Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski “ağıllı qərarlar” verəcək:

“Ümid edirəm, Putin ağlını başına yığacaq, Zelenski də eləcə. Axı deyildiyi kimi, tanga üçün iki nəfər lazımdır,” – deyə Tramp əlavə edib.

NATO baş katibi Mark Rütte isə qeyd edib ki, tərəflər bu gün daha çox Ukrayna-Rusiya müharibəsinin növbəti mərhələyə keçirilməsi ilə bağlı müzakirələr aparacaqlar.

Bizimlə əlaqə saxlayın