Gürcüstanda ən böyük dövriyyəyə malik “Top-10” şirkətdən 8-i qumar biznesi ilə məşğuldur
Gürcüstanın 2025-ci il üzrə ən böyük dövriyyəyə malik “Top-10” şirkətindən səkkizi mərc və qumar fəaliyyətilə məşğuldur.
InterPress.ge xəbər veri ki, bu barədə məlumatı “BusinessPressNews”-a Gürcüstan Milli Statistika Xidməti (Saqstat) təqdim edib.
Məlumat göstərir ki, ölkədə qumar sektorunun gəlirləri ildən-ilə artmaqda davam edir, lakin bu il ilk dəfə olaraq siyahının onluğunda qumar biznesi nümayəndələrinin sayı səkkizə çatıb.
Saqstatın məlumatına əsasən, 2025-ci ilin ən yüksək dövriyyəyə malik şirkətləri bunlardır:
-
“Kavkas Autoimport” (avtomobil biznesi)
-
“Ori Nabiji” (pərakəndə ticarət şəbəkəsi)
-
“EuropeBet” (qumar biznesi)
-
“BetLive” (qumar biznesi)
-
“Aviator” (qumar biznesi)
-
“Mars” (qumar biznesi)
-
“Full House” (qumar biznesi)
-
“Asvla” (qumar biznesi)
-
“Leader-Bet Slot” (qumar biznesi)
-
“Princess Batumi” (qumar biznesi)
Şirkətlərin sahibliyi haqqında məlumat
-
“Kavkas Autoimport” – səhmlərin 34,875%-i Gürcüstan–ABŞ ikili vətəndaşlığı olan Giorgi Surquladzeyə, 27,225%-i Giorgi Qulaşviliyə, 27,9%-i Levan Surquladzeyə, 10%-i isə Davit Qulaşviliyə məxsusdur.
-
“Ori Nabiji” – payların 33,34%-i Goça Tskitishviliyə, 33,33%-i Giorgi Çxeidze və Kaxi Bekaur arasında bölünüb.
-
“EuropeBet” – 100% pay İsveçdə qeydiyyatdan keçmiş “Betsson Perch Investments AB” şirkətinə məxsusdur.
-
“BetLive” – payların 38%-i Suliko Varsemaşviliyə, 19%-i Nana Canaşiyaya, 3%-i Tamaz Xaraidze, 40%-i isə “IT Ventures” MMC-yə aiddir.
-
“Aviator” – şirkətin sahibi “Atlas Holdings” MMC-dir, o isə Böyük Britaniyada qeydiyyatdan keçmiş “TSE Holdings Limited” şirkətinə məxsusdur.
-
“Mars” – 100% pay “Entain Georgia” MMC-yə məxsusdur; bu şirkətin sahibi Malta-mənşəli “Bwin Holdings (Malta) Limited”-dir.
-
“Full House” – payların 35%-i Temur Mikeladze, 16,67%-i Gigi Levay-Weiss (İsrail), 16,67%-i Norbert Franz Teufelberger (Avstriya), 16,66%-i Manfred Bodner (Avstriya) və 2,5%-lik paylar Guram Dolidze, Bakur Xarçilava, Giorgi Barnabişvili, Mihali Qlovatski (Polşa) və Klaus Gemal Rasmussenə (Danimarka) məxsusdur.
-
“Asvla” – sahibi Kiprda qeydiyyatdan keçmiş “Enguri Ventures Limited” şirkətidir.
-
“Leader-Bet Slot” – payların 40%-i Kartlos Diasamidze, 30%-i Besik Xokerashvili, 15%-lik paylar isə Akaki Şubitidze və Davit Çxitunidze arasında bölünüb.
-
“Princess Batumi” – şirkət Türkiyə vətəndaşlarına məxsusdur: 99%-i Anibal Enis Özkan, 1%-i Durmuş Yatmaz sahibidir.
Ekspertlərin qiymətləndirməsinə görə, bu məlumatlar Gürcüstan iqtisadiyyatında qumar sektorunun dominant rolunun daha da gücləndiyini göstərir.


