Telavi bələdiyyəsinin Tsinandali kəndi ərazisində baş vermiş yol qəzası bir nəfərin ölümü ilə nəticələnib.
Hadisə şahidlərinin məlumatına görə, yüngül avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və qarşısında hərəkət edən traktora çırpılıb. Toqquşma nəticəsində traktorun sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda faktla bağlı istintaq aparılır və qəzanın səbəbləri müəyyənləşdirilir.
