Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Tbilisi meri seçkilərində “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze 71,588% səslə öndədir.
InterPress.ge xəbər verir ki, Tbilisidəki 584 seçki məntəqəsindən 581 seçki məntəqəsində məlumatlar hesablanıb - 99,486%.
Kaxa Kaladze 214 575 səs (71,588%); İrakli Kupradze - 37 257 səs (12,43%); İaqo Xviçia 22 535 səs (7,518%); Zurab Maxaradze - 12 356 səs (4,122%) toplayıb.
Qalan namizədlər 2 faizdən az səs toplayıb.
