Avropa Komissiyasının indeksində Gürcüstan dünyanın qabaqcıl ölkələrini geridə qoyub
Avropa Komissiyasının Ardıcıl İnkişaf Hesabatı çərçivəsində dərc olunan Demokratik Transformasiya İndeksinə görə,Gürcüstan 2023-cü ilin qiymətləndirməsində Almaniya, Fransa, İtaliya, Yaponiya və Avstraliya kimi bir sıra aparıcı ölkələri geridə qoyub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Gürcü Arzusu” partiyası yayıb.
Hesabatı hazırlayan “Ortak Gələcək” İnkişaf Tədqiqatları Şəbəkəsinin (mərkəzi İspaniyada yerləşir) məlumatına əsasən, indeks 148 ölkədə davamlı, ədalətli və bərabərhüquqlu humanitar inkişafa sadiqliyi qiymətləndirir və müqayisə edir.
Şəbəkə artıq 2025-ci il üzrə yeni hesabatı da açıqlayıb. Bu hesabata görə, Gürcüstan dünyada 41-ci yeri tutub. Gürcüstan reytinqdə “Böyük Yeddiliyin” (G7) 6 üzvünü və həmçinin Avropa İttifaqı və NATO-nun 12 üzv ölkəsini qabaqlayıb. Söhbət bu ölkələrdən gedir: ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland, İspaniya, Polşa, Yunanıstan, Macarıstan və Türkiyə.
Demokratik Transformasiya İndeksi dövlətlərin insan hüquqlarının qorunması, sərbəst toplaşmaq və etiraz etmək azadlığı da daxil olmaqla, demokratik və dinc cəmiyyətlərin qurulmasına yönəlmiş siyasətlərə sadiqliyini ölçür.


