29 
Sen
2025
13:06
340

Kaxa Kaladze: “4 oktyabrda ‘Gürcü Arzusu’ qalib gələcək, ölkədə heç bir inqilab və çevriliş olmayacaq”

"4 oktyabrda keçiriləcək seçkilərdə onların partiyası həm paytaxtda, həm də bütün bələdiyyələrdə qələbə qazanacaq."

InterPress.ge xəbər verir ki,bu barədə Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ölkədə heç bir inqilab və dövlət çevrilişi baş verməyəcək:

“4 oktyabrda seçkilərdə ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ qalib gələcək. Biz həm paytaxtda, həm də bütün bələdiyyələrdə qələbəni qeyd edəcəyik. Heç bir inqilab və dövlət çevrilişi olmayacaq və ola da bilməz. Kiminsə cəsarəti çatıb qanunu pozarsa, buna çox sərt reaksiya veriləcək. Kimin kimlə görüşməsi fərq etməz. Bizim maraqlı məlumatlarımız var, lakin aidiyyəti qurumlar işləyir və ölkə əhalisinə zəmanət verirəm ki, ölkədə sakitlik olacaq”, – deyə Kaladze vurğulayıb.

 

Kaladze Paata Burçuladze ilə bağlı sualı da cavablandırıb:

“Paata Burçuladze barədə ciddi danışmaq mümkün deyil. Baxın, o necə açıqlamalar verir. Bir neçə gün əvvəl təsadüfən sosial şəbəkədə onun Inga Qriqolia ilə müsahibəsini gördüm. Normal bir insan baxanda hər şey aydın olur”.

Bizimlə əlaqə saxlayın