Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Salome Zurabişvili Varşava Təhlükəsizlik Forumunda iştirak edəcək

305
Salome Zurabişvili Varşava Təhlükəsizlik Forumunda iştirak edəcək
Dinləmək üçün basın

Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili bu gün Polşaya səfər edib.

Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili bu gün Polşaya səfər edib.

InterPress.ge xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Zurabişvili dünya liderləri ilə birlikdə Varşava Təhlükəsizlik Forumunda iştirak edəcək.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Zurabişvili “Avropa İttifaqı: genişlənmənin növbəti addımı” mövzusunda panel müzakirəsində əsas məruzəçi qismində çıxış edəcək.

Paneldə həmçinin Fransa Respublikasının Avropa məsələləri üzrə naziri Benjamen Hadad, 2021–2023-cü illərdə Moldovanın Baş naziri olmuş Nataliya Qavrilitsa, Monteneqronun Baş nazirinin müavini və Xarici və Avropa məsələləri üzrə naziri Filip İvanoviç, Ukrayna Ali Radasının Aİ ilə inteqrasiya komitəsinin sədri və 2016–2019-cu illərdə Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası üzrə vitse-premyeri olmuş İvana Klimpuş-Tsintsadze, Slovakiyanın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Miroslav Layçak iştirak edəcəklər.

 

Zurabişvili Aİ, ABŞ, Böyük Britaniya, Fransa, Ukrayna və Litvanın nümayəndələri ilə birlikdə Polşanın xarici işlər naziri Radoslav Sikorski tərəfindən təşkil olunacaq rəsmi şam yeməyinə qatılacaq.

Sentyabrın 30-da prezident “Düşmən qonşuluqda demokratik suverenlik uğrunda sarsılmaz mübarizə” adlı panel müzakirəsində iştirak edəcək və həmçinin “Qadınlar qlobal təhlükəsizlik irəliləyişi üçün” mövzusunda əsas məruzəçi qismində çıxış edəcək.

Səfər çərçivəsində NATO Baş katibinin qadınlar, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi İrene Fellin, eləcə də Fransa və Böyük Britaniya nümayəndələri ilə ikitərəfli görüşlər planlaşdırılıb. Bundan başqa, prezident beynəlxalq media nümayəndələrinə müsahibələr də verəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →