Rustavidə bir neçə gündür axtarılan 16 yaşlı yeniyetmənin meyiti Kür çayında aşkarlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə yerində istintaq hərəkətləri davam edir və tibbi ekspertiza təyin olunub.
Qeyd edək ki, yeniyetmə bir neçə gündür axtarışda idi.
.jpg)