Elene Xoştariya saxlanıldı
“Dəyişikliklər üçün koalisiya”nın liderlərindən biri Elene Xoştariya saxlanılıb.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu evinin yaxınlığında həbs ediblər.
Onun saxlanılmasının səbəbi, ehtimallara görə, “Gürcü Arzusu”nun Tbilisi meri və merliyə namizədi Kaxa Kaladzenin seçki banerinin zədələnməsidir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 187-ci maddəsi üzrə (əmlakın zədələnməsi və ya məhv edilməsi) cinayət işi açıb.
Xatırladaq ki, Elene Xoştariya sentyabrın 14-də Kaladzenin seçki qərargahının qarşısında onun baneri üzərinə “Rus arzusudur” yazıb. O, həmin anları videoya çəkərək sosial şəbəkədə yayıb və bu addımı ilə bir neçə gün əvvəl eyni səbəbdən saxlanılan Meqi Diasamidzenin yanında olduğunu bildirib.


