13 
Sen
2025
15:47
246

Kaxa Kaladze: “Bütün bədbəxtliklər xaricdən maliyyələşən qrupların fəaliyyətinin nəticəsidir”

Ölkədə baş verən bütün qarşıdurmalar və cəmiyyətin parçalanmasına yönəlmiş cəhdlər xaricdən maliyyələşən qrupların fəaliyyəti ilə bağlıdır.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, müəyyən qruplara xaricdən vəsait ayrılır və tapşırıqlar verilir ki, cəmiyyət daxilində qarşıdurma yaratsınlar:

“Gürcü insanı öz mədəniyyəti, dünyagörüşü və dəyərlərinə görə heç vaxt bu xəyanətkar agentlərin etdiyini etməz. Bu, xaricdən maliyyələşir və bunu xalqımız bilməlidir. ABŞ prezidenti Donald Tramp da açıq şəkildə dedi ki, beynəlxalq təşkilatlar müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda siyasi proseslərə müdaxilə edirdilər. Vəsaitlər guya QHT-lər vasitəsilə daxil olur, lakin siyasi məqsədlərə və belə ‘agentlərin’ yetişdirilməsinə sərf edilirdi. Bu, ölkəmiz üçün böyük faciədir”.

Kaladzenin sözlərinə görə, yüz milyonlarla vəsait Gürcüstanda agentura şəbəkəsinin qurulmasına xərclənib. O, əlavə edib ki, elan edilən aksiyalarda Avropa İttifaqı və Almaniyanın səfirlərinin də iştirak etməsi mümkündür:

“Radikal qrupların arxasında onların ‘sahibləri’ – elçilər dayanır. Xaricdən həm vəsait, həm də tapşırıq gəlir və konkret elçilər birbaşa olaraq nifrət, düşmənçilik və xalqın qarşıdurmasının qızışdırılmasında iştirak edirlər”.

Bizimlə əlaqə saxlayın