Etirazçılar Melikişvili prospektindən Parlamentə doğru hərəkət ediblər.
InterPress.ge xəbər verir ki, Rustaveli prospektindəki etiraz aksiyası 288-ci gündür ki, davam edir.
Melikişvili prospektində “Gürcü arzusu” merliyinə namizəd Kaxa Kaladzenin qərargahı yaxınlığında toplaşan etirazçılar parlamentin yaxınlığında toplaşanlara qoşulub.
Hazırda Rustaveli prospektində vətəndaşlar nəqliyyatın hərəkətini bağlayıb.
