11 
Sen
2025
15:05
253

Aİ nümayəndəliyi: “Gürcüstandakı Almaniya səfirinə həmrəyik”

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Almaniya səfirinə dəstək ifadə edib.

 InterPress.ge xəbər verir ki, qurum bu barədə sosial şəbəkə X üzərindən paylaşım edib.

“Avropa İttifaqı, Ali Nümayəndə/Avropa Komissiyasının vitse-prezidentinin mətbuat katibinin bəyan etdiyi kimi, Gürcüstanda Aİ və üzv dövlətlərinin rolu və fəaliyyəti barədə yayılan dezinformasiyanı rədd edir və pisləyir”, – qeyd olunub.

Məlumat Gürcüstanda Almaniya Xarici İşlər Nazirliyinin bəyanatına reaksiyadır. Həmin bəyanatda vurğulanırdı ki, Almaniyanın Tbilisidəki səfiri Peter Fisher federal hökumətin mövqeyini təmsil edir.

“Biz cənab Şalva Papuaşvilinin əsassız ittihamlarını qətiyyətlə rədd edir və pisləyirik. Təəssüf edirik ki, dezinformasiya və parçalanma yaradan narrativlərin yayılması Almaniya–Gürcüstan münasibətlərinə zərbə vurur”.- Almaniya Xarici İşlər  bildirib.

Bizimlə əlaqə saxlayın