Co Uilson: “Seçkiləri saxtalaşdıran ‘Gürcü Arzusu’ hökuməti xalqı diktaturaya sürükləyir”
“Gürcü Arzusu” hökuməti seçkiləri saxtalaşdıraraq hakimiyyətə gəlib və indi Gürcüstan xalqını diktaturaya aparır."
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Helsinkidə keçirilən dinləmələrdə komissiyanın həmsədri, konqresmen Co Uilson bildirib.
Onun sözlərinə görə, hazırkı iqtidarın legitimliyi yoxdur və ölkəni “avtoritar nəzarətin laboratoriyasına” çevirib:
“‘Gürcü Arzusu’ institutları dağıtdı, müxalifət liderlərini həbs etdi, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etdi, müstəqil medianı susdurdu. Onlar hakimiyyəti saxtalaşdırılmış seçkilərlə əldə etdilər və bu gün Gürcüstanı Belarus və Rusiya kateqoriyasına yaxınlaşdırırlar”.
Uilson vurğulayıb ki, hakim partiya Çinin Kommunist Partiyası ilə əməkdaşlığa gedərək ölkənin iqtisadiyyatı və infrastrukturunu Pekinin təsirinə açıb, eləcə də Qara dəniz limanının idarəsini Çinə verməklə Amerika bizneslərinin strateji marşrutlardan kənarlaşdırılmasına şərait yaradıb:
“Bu, Gürcüstanın gələcəyini birbaşa Amerikaya qarşı açıq qarşıdurmaya hazırlaşan rejimlərə bağlamaq deməkdir”.
Konqresmenin sözlərinə görə, eyni zamanda, hökumət “müharibə cinayətkarı Putinlə” sıx əməkdaşlıq edir, Moskvaya sanksiyalardan yayınmaqda və neft satışında yardım göstərir, halbuki Rusiya hələ də Gürcüstan ərazilərinin 20 faizini işğal altında saxlayır.
“‘Gürcü Arzusu’ Gürcüstan xalqını təmsil etmir. Gürcü xalqı dəfələrlə kütləvi etirazlara çıxaraq demokratiya, suverenlik və Qərblə birlikdə sülh və rifaha qayıdış istəyini nümayiş etdirib. Təəssüf ki, bu arzular indi xalq qarşısında deyil, Pekin və Moskva qarşısında hesabat verən oliqarxların və avtokratların kiçik bir qrupunun əlində əzilir”.-Uilsom əlavə edib.
O qeyd edib ki, dinləmələrdə Gürcüstanın “Gürcü Arzusu” hakimiyyəti dövründə nə qədər gerilədiyi və bunun ABŞ təhlükəsizliyi üçün hansı risklər yaratdığı müzakirə olunur:
“Biz həmçinin ABŞ-ın hansı alətlərdən istifadə edə biləcəyini, o cümlədən iki partiyanın dəstəklədiyi ‘MEGOBARI Aktı’nı, ‘Gürcü Arzusuna’ cavab vermək və eyni zamanda gürcü xalqının yanında möhkəm dayanmaq üçün müzakirə edirik”.


