10 
Sen
2025
15:45
292

Kaxa Kaladze: “ODIHR müşahidə missiyasının seçkilərə gəlməyəcəyi gözlənilən idi”

Tbilisi meri Kaxa Kaladze ATƏT/ODIHR-in 4 oktyabrda keçiriləcək yerli seçkilərə müşahidə missiyası göndərə bilməyəcəyi ilə bağlı qərarını şərh edib.

InterPress.ge xəbər verir ki, Kaladzenin sözlərinə görə, bu qərar onun üçün təəccüblü olmayıb:

“Düzünü desəm, bu qərarı da gözləyirdim, onların gəlməyəcəyini bilirdim. Xüsusilə də xatırlasaq, parlament seçkiləri ilə bağlı yekun hesabat və qiymətləndirmə nə günə düşdü. Onu ayaq altına atdılar – təkcə ölkə daxilindəki agentlər yox, xaricdəki o qüvvələr də, hansı ki, gürcü dövlətinə və xalqına qarşı çıxırlar. Mən bu təşkilatı anlayıram – onlar ehtiyatlı davranırlar və yenidən həmin çirkin proseslərdə qarışmaq istəmirlər”.

Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) direktoru Mariya Telalyan bildirmişdi ki, Gürcüstan hökumətinin müşahidəçiləri seçkilərə bir aydan az qalmış dəvət etməsi səmərəli və etibarlı müşahidəni mümkünsüz edir. Buna görə ODIHR Gürcüstana missiya göndərməyəcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın