10 
Sen
2025
09:18
270

Helsinki Komissiyası bu gün Gürcüstanla bağlı dinləmə keçirəcək

ABŞ-ın Helsinki Komissiyası bu gün Gürcüstanla bağlı “Tərəfdaşlıqdan Problemlərə: Gürcüstanın Anti-Amerika Meylləri” adlı ictimai dinləmə keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Komissiyanın yaydığı rəsmi bəyanatda yer alıb.

Dinləmə bu gün, Tbilisi vaxtı ilə saat 22:30-da başlayacaq.

Bəyanatda qeyd olunur ki, Gürcüstan əvvəllər ABŞ üçün əsas tərəfdaş və Qafqaz regionunda azadlığın simvolu kimi tanınsa da, hazırda “Gürcü Arzusu” hakimiyyəti ölkəni Rusiyanın təsir dairəsinə qaytarır və Çin başda olmaqla ABŞ-ın digər rəqibləri ilə əlaqələri dərinləşdirir.

ABŞ Helsinki Komissiyasının fikrincə, son illər ərzində “Gürcü Arzusu” dövlət institutlarını zəiflədir, Çin investisiyalarına önəm verərək ölkənin suverenliyini təhlükə altına qoyur, ABŞ şirkətləri üçün Mərkəzi Asiyaya çıxış imkanlarını və “orta dəhliz” ticarətini məhdudlaşdırır, müxalifət təmsilçilərini həbs edir, dinc etirazçılara qarşı zorakılıq tətbiq edir, şübhəli seçkilərdən sonra hakimiyyəti verməkdən imtina edir.

Komissiya vurğulayır ki, bu hallar ABŞ-ın regiondakı maraqları üçün ciddi və təxirəsalınmaz təhlükə yaradır. Görüşdə Gürcüstandakı avtoritar meyillərin qlobal nəticələri də müzakirə olunacaq.

Dinləmədə ABŞ-ın Gürcüstana qarşı siyasi yanaşmaları, o cümlədən iki partiyalı MEGOBARI Aktının qəbulu, gürcü xalqının müstəqillik və ABŞ ilə faydalı münasibətləri saxlamaq cəhdlərinin dəstəklənməsi müzakirə olunacaq.

Dinləmədə Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili, Gürcüstanın sabiq müdafiə naziri Tinatin Xidaşeli, Hudson İnstitutunun baş tədqiqatçısı Luk Kof iştirak edəcək.

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın