09 
Sen
2025
12:27
422

Giorgi Baramidze: “Cəmiyyət ‘Gürcü Arzusu’nu tez və sülh yolu ilə hakimiyyətdən uzaqlaşdırmalıdır”

“Vahid Milli Hərəkat” Partiyasının siyasi katibi Giorgi Baramiadze, Tbilisidə Kaxa Kaladzenin seçki qərargahı qarşısında baş verən insidentə münasibət bildirərək, onu “xainlərin və cinayətkarların rus bandasının” bir daha ifşa olunması kimi qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Baramiadze bildirib ki, Melikişvili prospektində baş verən hadisə təsadüfi deyil, əksinə, “rus xüsusi əməliyyatlarının bir hissəsidir”:

“Dünən Kaladzenin – bu oğruların heyranı olan şəxsin qərargahında baş verən dəhşətli, cinayət xarakterli hadisə bir daha göstərdi ki, bu xainlər və cinayətkarlar əslində rus bandasına xidmət edirlər. Cəmiyyət artıq illərdir bu reallığı tanıyır – hələ Kortskheli döyülməsindən bu yana, onların kim olduqları aydındır.”

Baramiadze hesab edir ki, “Gürcü Arzusu”nun hər gün hakimiyyətdə qalması Gürcüstanı uçuruma aparır:

"Bu hakimiyyətin hər günü Gürcüstanı beynəlxalq izolasiya və Rusiyaya tabe olan bir ‘kvazi dövlətə’ çevirir. Ölkə daxilində isə Gürcüstan gürcülərdən boşalır. Bu banda hakimiyyətdən nə qədər tez və sülh yolu ilə uzaqlaşdırılarsa, bir o qədər yaxşı olacaq.”

Baramiadze gürcü cəmiyyətini passiv müşahidəçi deyil, fəal iştirakçı olmağa çağırıb:

“Bu proseslər yalnız partiyaların, QHT-lərin və kiçik qrupların öhdəsində ola bilməz. Hakimiyyətin repressiv şəraitində bu qurumların özünün yaşaması belə möcüzədir. Cəmiyyət daxilində güc tapılmalı, hamı bir yumruq kimi birləşməli və ‘Gürcü Arzusu’nun rus bandasına birmənalı şəkildə YOX deməlidir.”

Qeyd edək ki, Melikişvili prospektində Kaxa Kaladzenin seçki qərargahı önündə etiraz zamanı qarşıdurma baş verib. Aksiya iştirakçılarının bildirdiyinə görə, “Gürcü Arzusu”nun gənclər qanadının üzvləri onlara fiziki təzyiq göstəriblər. 10-dan çox etirazçı və media nümayəndəsi xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın