Tbilisinin Melikişvili prospektində, Tbilisi merliyinə namizəd Kaxa Kaladzenin seçki qərargahının yaxınlığında qarşıdurma baş verib.
InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun gənclər qanadının nümayəndələri ilə aksiya iştirakçıları arasında qarşıdurma olub.
Bir-birinə qarşı təhqirlər eşidilib, müxtəlif əşyalar atılıb, hətta fiziki qarşıdurma da olub.
