Ana Citladze: “4 oktyabrda xalqın birliyi ilə rejim dinc yolla dəyişəcək”
"Gürcü Arzusunun isterikası” onların 4 oktyabrda keçiriləcək aksiyadan qorxduğunu göstərir."
InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın üzvü Ana Citladze Tbilisi meri Kaxa Kaladzenin açıqlamasına cavab verərək bildirib.
Citladzenin sözlərinə görə, həmin gün hakimiyyətin cavabını Gürcüstan vətəndaşları verəcək:
“4 oktyabrda görəcəksiniz, kim və necə cəzalanacaq, ‘Gürcü Arzusunun’ hansı tonla danışmasından asılı olmayaraq. Onların isterik reaksiyası göstərir ki, həm aksiyadan, həm də hiddətli Gürcüstan vətəndaşlarından çox qorxurlar. Mən bütün vətəndaşlara müraciət edirəm: bizdə tam konstitusion hüquq var ki, bu rus rejimini dinc yolla devirək və buna hazırlaşmalıyıq”.
Jurnalistin “dinc yolla devrilmə necə ola bilər” sualına Çitlidze belə cavab verib:
“Necə ki, Qızılgül inqilabı baş verdi – dinc yolla, xalqın birliyi və mübarizəsi ilə. Biz də məhz bunu nəzərdə tuturuq və bu şəkildə baxırıq”.
Xatırladaq ki, Kaxa Kaladze müxalifətin “hakimiyyətin dinc yolla devriləcəyi” barədə bəyanatlarını şərh edərkən bildirib:
“Çox sadə deyəcəm: qoy kimsə qanunun əleyhinə addım atsın – dərhal müvafiq cavabını alacaq və ən sərt şəkildə, əlbəttə ki, qanun çərçivəsində cəzalandırılacaq”.


