Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Kaxa Kaladze: Gürcüstan ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa tam hazırdır

316
Kaxa Kaladze: Gürcüstan ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa tam hazırdır
Dinləmək üçün basın

Tbilisi meri və "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze Gürcüstan hökumətinin ABŞ ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini, bu əlaqələrin yenidən…

Tbilisi meri və "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze Gürcüstan hökumətinin ABŞ ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini, bu əlaqələrin yenidən başlanması üçün tam hazır olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyb.

O qeyd edib ki, ABŞ ilə dostluq və tərəfdaşlıq Gürcüstan üçün əhəmiyyətlidir: 

"Biz dəfələrlə bu mövqeyimizi ifadə etmişik və bir daha təsdiqləyirəm: partiyanın baş katibi və paytaxtın meri olaraq, ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa, onları daha da dərinləşdirməyə və dostluq münasibətinə çevirməyə hazırıq. Məktubda da geniş şəkildə vurğulanmışdı ki, ABŞ ilə dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir".

Mer əlavə edib ki, Gürcüstan hazırda müşahidə və gözləmə mövqeyindədir, çünki dünyada gərgin proseslər davam edir:

"Hazırda dünyada çox ağır hadisələr baş verir. ABŞ prezidenti Donald Trampın iki əsas vədi vardı – müharibənin dayandırılması və ‘dərin dövlət"in ifşası. Müharibə hələ bitməyib, amma proses gedir. ‘Dərin dövlət"in bir çox ölkələrdə çevriliş cəhdlərinə, QHT-lər vasitəsilə maliyyələşmələrə necə rəhbərlik etdiyini artıq açıq şəkildə görürük. Biz Trampa bu prosesdə uğurlar arzulayırıq. Ən vacib məsələ sülhün bərqərar olmasıdır, Ukraynaya da məhz sülh arzulayırıq".

Kaladze bildirib ki, Tramp administrasiyasının hakimiyyətə gəlişi fonunda ABŞ ilə münasibətlərdə "yeni mərhələ" başlaya bilər:

"Bu gün 20 yanvardan öncəki dövrlə müqayisədə vəziyyət tamamilə fərqlidir. Uzun müddət biz ‘qlobal müharibə partiyası"ndan danışanda istehza edirdilər, amma Tramp hər şeyi öz adı ilə adlandırdı. Elə QHT-lərin fəaliyyəti ilə bağlı da bizə deyirdilər ki, yalnız xeyirxah işlərlə məşğuldurlar. Halbuki indi artıq ABŞ prezidenti özü bəyan edir ki, bu təşkilatlar dövlət çevrilişlərinə maliyyə ayırırdılar. Sosial şəbəkələrdə yayılan materiallarda - o cümlədən Gürcüstanla bağlı - belə faktlar var. Təəssüf ki, bu, acı reallıqdır".

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →