21 
Avq
2025
21:30
312

Salome Zurabişvili: “Harada azad media yoxdur, orada nə azadlıq, nə demokratiya, nə də azad cəmiyyət var”

"Azad medianın müdafiəsi üçün daha çox insan meydana çıxacaq."

InterPress.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili mediaya dəstək yürüşündə sələndirib.

Onun sözlərinə görə, medianın azadlığı yalnız Gürcüstanda deyil, bütün dünyada əsas və həlledici əhəmiyyət daşıyır:

“Medianın azadlığı çox böyük – əsas və fundamental əhəmiyyətə malikdir, yalnız Gürcüstanda deyil, bütün dünyada. Harada azad media yoxdur, orada nə azadlıq, nə demokratiya, nə də azad cəmiyyət var. Hər şey bundan asılıdır və biz informasiyasız heç nə və heç kim deyilik. Buna görə də bunu dərk etməliyik və düşünürəm ki, bu dərk artıq görünür. Medianın müdafiəsi üçün daha çox insan meydana çıxacaq, çünki biz hamımız sizdən – mediadan asılıyıq”, – deyə Zurabişvili vurğuladı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər