18 
Avq
2025
15:43
301

Mdinaradze: “ATƏT/DTİHB müşahidə missiyasını dəvət edə də bilərik, etməyə də – bizim üçün fərqi yoxdur”

"Hakimiyyət üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının yerli seçkilərə dəvət olunması və ya olunmaması həlledici əhəmiyyət daşımır."

InterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ATƏT/DTİHB özü də Gürcüstandakı bələdiyyə seçkilərini müşahidə etməkdə xüsusi maraq nümayiş etdirməyib.

“Qərarımız hələ yoxdur. ATƏT/DTİHB özü də deyir ki, bu proses artıq gecikib. Biz bu barədə düşünürdük, amma qəti şəkildə ‘hə’ də, ‘yox’ da deməmişik. Onlar da bizim üçün təəccüblü mövqe nümayiş etdirdilər – açıqlamalarında böyük maraq ifadə etmədilər. Tam səmimi desəm, bizim üçün bunun heç bir fərqi yoxdur – olsun da olar, olmasın da. Müşahidə missiyası ilə bağlı hər hansı problemimiz yoxdur. Onları dəvət etməyi də, etməməyi də planlaşdırmırıq. Ola bilər dəvət edək, ola bilər yox. Bu, yalnız bizim qərarımızdan asılıdır,” – deyə Mdinaradze qeyd edib.

Bizimlə əlaqə saxlayın