18 
Avq
2025
13:27
303

Kaxa Kaladze: “Gürcü xalqına qayğı ilə bağlı bəyanatlar yalandır – bu, xalqın cəzalandırılması cəhdidir”

"Gürcüstan xalqına qayğı göstərildiyi barədə bəyanatlar “böyük yalandır” və bu, sadəcə, xalqı cəzalandırmaq cəhdidir."

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri və “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze vizaliberalizasiyanın mümkün dayandırılması ilə bağlı suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Ukraynada “tam faciə və fəlakət” yaşanır və Gürcüstanın “Gürcü Arzusu”nun həyata keçirdiyi praqmatik siyasəti davam etdirməsi vacibdir.

“Tamamilə anlaşılmazdır ki, həmin iki qanunun vizaliberalizasiya ilə nə əlaqəsi var. Heç bir izah yoxdur. Bu, sadəcə olaraq gürcü xalqının cəzalandırılması cəhdidir. Siz düşünməyin ki, onların Gürcüstanla bağlı hər hansı yaxşı maraqları var. Eşitdiyimiz bəyanatlar – guya Gürcüstana vurğun olduqları və gürcü xalqına qayğı göstərdikləri – hamısı tamamilə yalandır. Buna inanmayın, dostlar. Əgər doğrudan da dost olsaydılar, bizdən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etməzdilər, qətnamələr qəbul etməzdilər və kabinetlərdə baş nazirə və partiya sədrinə təzyiq göstərib ikinci cəbhəni açmağa çalışmazdılar. Onların öz maraqları var, bu da aydındır. Siyasətdir, böyük ölkələrdir, öz maraqları ilə hərəkət edirlər. Amma bizim də ağlımız, düşüncəmiz var. Heç kimə imkan verməməliyik ki, bizim kiçik ölkəmiz hansısa böyük dövlətlərin maraqları üçün istifadə olunsun. Ukraynada nə baş verir baxın – tam fəlakət, tam faciədir. Buna görə də “Gürcü Arzusu”nun həyata keçirdiyi praqmatik siyasət davam etməlidir,” – deyə Kaladze vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər