16 
Avq
2025
12:23
332

Şalva Papuaşvili: Alyaskadakı Tramp–Putin görüşü sübut etdi ki, müharibə Qərb və Rusiya arasında gedir

Alyaskada ABŞ və Rusiya prezidentlərinin “Sülhə doğru addım” şüarı altında keçirilən görüşü sülhün əldə olunması istiqamətində irəliyə atılmış əhəmiyyətli addımdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlama verib.

Onun sözlərinə görə, Rusiya prezidenti ABŞ prezidenti Donald Trampın fikri ilə razılaşaraq bəyan edib ki, müharibənin qarşısını almaq mümkün idi. Bu isə bir daha göstərir ki, “Ukraynadakı müharibə əslində Rusiya ilə Qərb arasında gedir”.

“Seçkilərdən bəri prezident Tramp dəfələrlə bəyan edib ki, o, müharibələrin dayandırılmasını və sülhün əldə olunmasını istəyir. O, dəfələrlə vurğulayıb ki, əgər həmin dövrdə prezident olsaydı, Ukrayna müharibəsi başlamazdı. Alyaskadakı görüş məhz bu baxımdan əlamətdar oldu – Rusiya prezidenti Trampın bu fikri ilə razılaşdı. Əgər müharibənin qarşısını almaq mümkün idisə və ABŞ prezidentinin prosesə təsir imkanları var idisə, bu, bir daha sübut edir ki, söhbət Rusiyanın Qərblə qarşıdurmasından gedir.

Əslində, bu, yeni fikir deyil. ABŞ dövlət katibi Marko Rubio da bildirmişdi ki, Ukrayna müharibəsi marionetlərin əli ilə aparılan ‘proksi müharibədir’. İndi isə bu mövqe prezidentlərin görüşündə formal şəkildə də təsdiqləndi. Bu isə açıq şəkildə göstərir ki, xarici qüvvələr və onların xidmətində olan yerli ‘faydalı axmaqlar’ bizi hansı qarşıdurmaya sürükləmək istəyirdilər.

Bununla yanaşı, bu fakt aydın izah edir ki, niyə 2022-ci ildə Gürcüstanda müharibə başlamadı. Çünki 2008-ci ildən fərqli olaraq, həmin dövrdə hakimiyyətdə marionetlər deyil, patriolar var idi. Unutmayaq ki, müharibədən beş ay əvvəl, 2021-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkiləri öncəsi xarici xüsusi xidmət orqanları ölkəyə Mixeil Saakaşvilini gətirmişdilər ki, zorakı yolla hakimiyyət dəyişikliyi həyata keçirsinlər.

Artıq bu gün hamıya aydındır ki, bu planın məqsədi hökumət kabinetlərinə elə şəxslərin gətirilməsi idi ki, onlar tərəddüd etmədən ‘imkan pəncərəsindən istifadə etməyə’, ‘bombaların yağmasına’ və ‘10 min rus əsgərinin burada saxlanmasına’ razılıq versinlər və Gürcüstanı qlobal qarşıdurmanın şahmat taxtasında qurban edilmiş piyada kimi təqdim etsinlər,” – deyə Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər