InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.
Nazirliyin açıqlamasında bildirilib ki, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində hərəkətdə olan avtomobillərin görünən qaz emissiyasına nəzarət həyata keçirirlər.
Yoxlamalar hökumətin müəyyən etdiyi norma və qaydalara uyğun olaraq xüsusi cihazlar vasitəsilə aparılır.
