26 ölkənin XİN başçıları: “Qəzzada əzab təsəvvüredilməz həddə çatıb”
Qəzzada humanitar vəziyyətlə bağlı 26 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, sənəddə bildirilir ki, bölgədəki əzab-əziyyət misilsiz səviyyəyə çatıb.
“Aclıq gözlərimizin qarşısında baş verir. Onu dayandırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməlidir. İsrail hakimiyyətinə müraciət edirik ki, beynəlxalq qeyri-hökumət təşkilatlarına humanitar yardım çatdırmaq üçün icazə verilsin. Qəzzaya humanitar yardımın daxil edilməsi üçün bütün keçid məntəqələri və marşrutlardan istifadə olunmalıdır,” – bəyanatda qeyd olunur.
Bəyanata Avstraliya, Belçika, Kanada, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, Yaponiya, Litva, Latviya, İtaliya, Lüksemburq, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniyanın xarici işlər nazirləri imza atıb.
Həmçinin sənədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas da imza atıb.


