12 
Avq
2025
10:16
245

Paşinyan və Kobaxidze arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş nazirinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Nikol Paşinyan 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə həmkarına məlumat verib. Xüsusilə, o, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş”, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə ünvanlanan birgə müraciət, həmçinin ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində, qarşılıqlı razılaşma əsasında regional kommunikasiya xətlərinin açılması barədə danışıb. Bununla yanaşı, “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” layihəsi də müzakirə olunub.

Paşinyan, Vaşinqtonda əldə olunan razılaşmaları açıq şəkildə alqışladığı üçün İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.

Tərəflər ikitərəfli və regional münasibətlərin gündəliyi ilə bağlı da fikir mübadiləsi aparıblar.

“Onlar vurğulayıblar ki, Ermənistan və Azərbaycan arasında sülh bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar açır”, – açıqlamada qeyd olunub.

Bizimlə əlaqə saxlayın