Mövcud məlumata görə, velosipedlə hərəkət edən kişi küçəni keçməyə çalışarkən treyler tərəfindən vurulub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun artıq həyatını itirdiyini müəyyən edib.
Əraziyə patrul polisi cəlb olunub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb. Bu maddə nəqliyyat vasitələrinin hərəkət və ya istismarı qaydalarının pozulması nəticəsində insanın ölümünə səbəb olma halını nəzərdə tutur.
