06 
Avq
2025
14:31
307

“Gürcü Arzusu”: Gürcüstan təhlükəsizlik indeksinə görə Avropanın ən yaxşı iyirmiliyində yer alıb

Gürcüstan təhlükəsizlik və müdafiə indeksinə əsasən Avropada ilk 20 ölkə arasında 14-cü, dünya miqyasında isə 25-ci yerdə qərarlaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə Hakim partiya “Gürcü Arzusu”nun yaydığı məlumatda qeyd olunub. 

Partiyanın məlumatında bildirilir ki, Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabatda dünyanın və Avropanın ən təhlükəsiz ölkələri sıralanıb. Qlobal reytinqə görə, dünyada ən təhlükəsiz ölkə Sinqapur, Avropada isə İslandiyadır.

Hakim partiyanın qeyd etdiyinə görə, Gürcüstan bu indekslə bir çox inkişaf etmiş dövləti geridə qoyur və "Böyük Yeddilik" ölkələrinin hamısından, həmçinin Aİ və NATO-nun 24 üzvündən – ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, İsveç, İrlandiya, Latviya, Avstriya, Monteneqro, Polşa, Şimali Makedoniya, Albaniya, Litva, Belçika, Slovakiya, Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyədən öndədir.

Bizimlə əlaqə saxlayın