31 
Iyl
2025
23:06
439

Kobaxidze: “Bu gün Tbilisi meri postuna sadəcə siyasətçi yox, əsl çempionu təqdim edirik”

Gürcüstanın Baş naziri və “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze Tbilisi meri vəzifəsinə yenidən Kaxa Kaladzeyə namizədlik verdiklərini elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə o, hakim partiyanın seçki kampaniyasının açılış tədbirində çıxışı zamanı bildirib.

Kobaxidzenin sözlərinə görə, Kaladze yalnız yaxşı siyasətçi və idarəçi deyil, həm də “əsl çempiondur” – həm sözün birbaşa, həm də məcazi mənasında.

“Namizədimiz Gürcüstana ən yüksək səviyyəli qələbələr bəxş etmiş insandır. O, çempion siyasətçidir, idarəçidir, vətənpərvərdir, çempion ailə başçısı, dost və yol yoldaşıdır”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Kaladzeyə Tbilisinin hər bir küçəsini daha da gözəlləşdirmək, inkişaf etdirmək və nizam-intizama salmaq bacarığına sahibdir.

“Daha yaşıl, daha gözəl və daha nizamlı şəhər – bu, sevimli paytaxtımızın və hər bir tbilisilinin ehtiyacıdır və bu işi ən yaxşı bacaran da Kaxa Kaladzedir. Ona görə də ‘Gürcü Arzusu’ komandasının adından Gürcüstanın paytaxtı Tbilisinin meri və ya daha dəqiq desək, gələcək meri kimi, Avropanın istənilən şəhərinin belə arzulayacağı bir şəxsi – Tbilisinin indiyədək ən uğurlu meri olan Kaxa Kaladzeni təqdim etmək mənim üçün şərəfdir”, – deyə Kobaxidze vurğulayıb.

Bizimlə əlaqə saxlayın